"İki gündən sonra gedirəm" - Röya əməliyyat olunacaq - VİDEO
11 Sentyabr 2019 14:30 SosialƏməkdar artist Röya Ayxan ombasını böyütdürür.Stilist Elnur Həsənov, meneceri Vüsal Rzayev və prodüseri Cavid Mədətovla birlikdə Kiyevdə olan ulduz oradan paylaşılan videoda işlətdiyi sözlər bunu deməyə əsas verib. Röya E.Həsənovun paylaşdığı görüntülərdə "fast-food" yeyərək bu sözləri deyib:"Mən onsuz da nə gəldi yeyirəm ki, kökəlim. Həkim mənə deyib ki, kökəl. İki gündən sonra gedirəm, bilirsiz də" sözlərini deyib.Axşam.az-ın əldə etdiyimiz məlumata görə, Röya əməliyyata getməyə hazırlaşır. Onun ombasını böyüdəcəyi bildirilir. Çünki məhz omba böyütmə əməliyyatı zamanı pasiyentdən kökəlmək tələb edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31