Qida təhlükəsizliyi yeni qanunla tənzimlənəcək
Qida təhlükəsizliyi yeni qanunla tənzimlənəcək
10 Sentyabr 2019 17:09 SosialMilli Məclisin (MM) qarşıdan gələn 2019-cu il payız sessiyası ilə parlamentin daha bir komitəsinin bu sessiya çərçivəsində ilk iclasının vaxtı məlum olub. Məlumata görə, gələn həftənin 5-ci günü, sentyabrın 20-də parlamentin Aqrar siyasət komitəsinin ilk iclası keçiriləcək. İclasda əvvəlcə komitənin 2019-cu ilin yaz və növbədənkənar sessiyaları ilə bağlı hesabatı dinləniləcək, sonra isə payız sessiyası ilə əlaqədar görüləcək işlər, qanunvericilik işləri planı müzakirə ediləcək və təsdiqlənəcək.
Qeyd edək ki, qanunvericilik işləri planına yeni qanun layihəsinin daxil edilməsi nəzərdə tutulur ki, bu da qida təhlükəsizliyi ilə bağlı sənəddir.Belə ki, Qida Təhlükəsizliyi Agentliyi (QTA) tərəfindən "Qida təhlükəsizliyi haqqında" yeni qanun layihəsinin ilkin variantı hazırlanıb və onun adıçəkilən komitənin qanunvericilik işləri planına daxil edilməsi gözlənilir.Adıçəkilən qanun layihəsinin payız sessiyasında ən azı birinci oxunuşda komitə səviyyəsində müzakirələrə çıxarılması və plenar iclasa tövsiyəsi planlaşdırılır.