Siqaret və spirtli içkilər aşkarlandı
Siqaret və spirtli içkilər aşkarlandı
10 Sentyabr 2019 16:40 SosialQərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postundaGürcüstandan idarə etdiyi "Mercedes-Benz 230" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşısaxlanılıb və şifahisorğu-sual olunub. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən "Olaylar"a bildirilib ki, sorğu-sual zamanıvətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.Daha sonra avtomobilə"Cesi" ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə gömrük baxışıkeçirilib. Xidməti itin reaksiyası nəticəsindəminik maşınının yük yerindəki sellofan torbaların və salonunda-arxa oturacağın qol söykənəcək yerin içərilərində gömrük nəzarətindən gizlədilən 3600 ədəd"King" markalı siqaretvə hər biri 1 litr olmaqla 19 ədəd "Hlibny Dar" markalı spirtli içkiləraşkarlanıb. Faktla bağlı araşdırma aparılır.