Bu yollarda rənglənmə işləri aparılacaq
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə 10-11 sentyabr tarixlərində Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 75-208 km-də (Bakı şəhəri istiqamətində), həmçinin Nərimanov rayonu Aşıq Molla Cümə küçəsində üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri davam etdiriləcək
10 Sentyabr 2019 16:11 SosialAvtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə 10-11 sentyabr tarixlərində Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 75-208 km-də (Bakı şəhəri istiqamətində), həmçinin Nərimanov rayonu Aşıq Molla Cümə küçəsində üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri davam etdiriləcək. Bu barədə məlumat "OLAYLAR"-a Avtomobil Yolları Dövlət Agentliyindən daxil olub. Bu üzdən sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.