Bakıda FACİƏ - 4 yaşlı uşaq 8-ci mərtəbədən yıxılıb öldü

Bakıda FACİƏ - 4 yaşlı uşaq 8-ci mərtəbədən yıxılıb öldü

Bakıda azyaşlı 8-ci mərtəbədən yıxılıb ölüb.

Hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Adil Əlbabayev küçəsi ev 1, mənzil 16-da baş verib.

Bakı şəhər sakini, 2015-ci il təvəllüdlü Almədədov Qiyas Füzuli oğlu binanın 8-ci mərtəbəsində yerləşən həmin mənzilin yataq otağının pəncərəsindən yıxılıb.

Yaralı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanıb. (trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31