Səhiyyə Nazirliyi qarayaraya tutulanların durumunu açıqladı
Səhiyyə Nazirliyi qarayaraya tutulanların durumunu açıqladı
10 Sentyabr 2019 13:00 SosialSəhiyyə Nazirliyi Sabirabad rayonunda qarayara xəstəliyinin aşkarlandığı xəstələrin son durumu barədə məlumat açıqlayıb. Nazirlikdən "Olaylar"a bildirilib ki, hazırda xəstələrin müalicəsi davam edir. Onların müalicəsi Sabirabad Mərkəzi Rayon Xəstəxanasında aparılır. Xəstələrin vəziyyətləri normal qiymətləndirilir.
Qeyd edək ki, sentyabrın 9-da Sabirabad sakini olan 34 və 26 yaşlı iki kişidə qarayara xəstəliyi aşkarlanıb. Bundan əvvəl Sabirabadda daha iki nəfərdə qarayara xəstəliyi aşkarlanmışdı, onlardan biri dünyasını dəyişmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31