Elm Tarixi İnstitutu beynəlxalq əlaqələrini genişləndirir

Elm Tarixi İnstitutu beynəlxalq əlaqələrini genişləndirir

AMEA-nın Elm Tarixi İnstitutunda Rusiya Elmlər Akademiyasının Təbiət Elmləri və Texnika Tarixi İnstitutunun Sankt-Peterburq filialının direktoru, sosiologiya üzrə fəlsəfə doktoru Nadejda Aşeulovanın iştirakı ilə dəyirmi masa təşkil olunub.

Olaylar.az bildirir ki, tədbirdə Rusiya-Azərbaycan münasibətlərinin tarixi, ikitərəfli əlaqələrin inkişaf təmayülləri, ölkəmizin regional strateji rolu və həyata keçirilən proqramlardan bəhs olunub.

Dəyirmi masada, həmçinin iki elmi müəssisə arasında əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub, birgə layihələrin təşkili yönündə ilkin təkliflər səsləndirilib.

Nadejda Aşeulova Elm Tarixi İnstitutu ilə birgə layihələrin icrasında və elmi araşdırmaların aparılmasında maraqlı olduqlarını vurğulayıb.

Tədbirin sonunda ElmTarixi İnstitutunun direktoru, t.ü.e.d. Məryəm Seyidbəyli rusiyalı həmkarına kitablar hədiyyə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31