2000 il əvvəl ağıllı telefonlar olub? – İlginc tapıntı/Foto
10 Sentyabr 2019 10:01 SosialRusiyanın Tuva Muxtar Respublikasında arxeoloji qazıntılar zamanı günümzdəki ağıllı telefonlara oxşar əşya tapılıb.
Teleqraf.com xəbər verir ki, "Rus Atlantidası" adlandırılan ərazidə yerləşən Nataşa adlı bir qadının məzarından tapılan əşyanın 2137 il yaşının olduğu bildirilib.
Əslində isə üzərində bugünkü mobil telefonlardakı tuşlara oxşayan nöqtələr olan əşyanın Çin ustaları tərəfindən hazırlanmış bir kəmər aksessuarı olduğu təsbit olunub.
Tarixi əsər 2016-cı ildə aşkar olunsa da, məlumat ictimaiyyətə yeni açıqlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31