Təhsil işçilərinin respublika konfransı keçiriləcək
9 Sentyabr 2019 16:38 SosialSentyabrın 11-də təhsil işçilərinin respublika konfransı keçiriləcək. "Olaylar" xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Konfransda Təhsil naziri Ceyhun Bayramov, deputatlar, rayon (şəhər) təhsil şöbələrinin müdirləri, ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, təhsil ekspertləri və təhsil ictimaiyyətinin nümayəndələri iştirak edəcək.Konfransda ötən tədris ilinin yekunları müzakirə ediləcək, 2019-2020-ci dərs ilinin prioritet istiqamətləri, qarşıda duran hədəflər yerli təhsili idarəetmə orqanlarının, ümumtəhsil məktəblərinin pedaqoji kollektivlərinin və təhsil ictimaiyyətinin diqqətinə çatdırılacaq. Konfrans plenar iclas və panel sessiyalardan ibarət olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31