"Qafqaz İslam Ordusu və Bakının qurtuluşu" mövzusunda tədbir keçiriləcək
"Qafqaz İslam Ordusu və Bakının qurtuluşu" mövzusunda tədbir keçiriləcək
9 Sentyabr 2019 16:09 SosialAzərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB-nin birgə təşkilatçılığı, Azərbaycan Mətbuat Şurası və Milli QHT Forumunun dəstəyi ilə sentyabrın 12-də Bakının erməni-bolşevik birləşmələrindən azad olunmasının 101 illiyinə həsr olunmuş "Qafqaz İslam Ordusu və Bakının qurtuluşu" mövzusunda tədbir keçiriləcək.
"OLAYLAR" xəbər verir ki, Rəşid Behbudov adına Mahnı Teatrında baş tutacaq ədəbi-bədii tədbirdə Türkiyədən olan qonaqlar - araşdırmaçı, jurnalist Meryem Aybike Sinan, Əhməd Yəsəvi vəqfinin rəhbəri
Fatma Sönmez, Ötüken Neşriyatının rəhbəri və redaktoru Ayşegül Büşra Çalık, araşdırmaçı alim Neslihan Kabaklı da iştirak edəcəklər.
Tədbirdə vətənpərvərlik mahnılarının ustadları - Şəmistan Əlizamanlı, Şahin İsmayılov və b. sənətkarların ifasında konsert proqramı təqdim olunacaq.