Nazir müavini İmişlidə vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini Vilayət Zahirov tərəfindən sentyabrın 12-də İmişli rayonunda vətəndaşların qəbulu keçiriləcək

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini Vilayət Zahirov tərəfindən sentyabrın 12-də İmişli rayonunda vətəndaşların qəbulu keçiriləcək. Nazirlkdən "Olaylar"a bildirilib ki, İmişli regional ədliyyə idarəsində (ünvan: İmişli şəhəri, S.Qazıyeva küçəsi, bina 12a) keçiriləcək qəbulda vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.

Vətəndaşlar qəbula İmişli regional ədliyyə idarəsi (əlaqə telefonu: (02124) 6-26-94, 050 449-59-57), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər. Eyni zamanda, vətəndaşların rahatlığı üçün nazir müavinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31