“Sülh aylığı” çərçivəsində Bərdədə tədbir keçirilib

“Sülh aylığı” çərçivəsində Bərdədə tədbir keçirilib

Bərdə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Bərdə rayon Heydər Əliyev Mərkəzində "Sülh aylığı" çərçivəsində "Qoy həmişə sülh olsun!" adlı tədbir keçirilib.

Olaylar.az bildirir ki, Regional idarənin rəis müavini Validə Nabatova qeyd edib ki, hər il Beynəlxalq Sülh Günü ərəfəsində - avqustun 21-dən sentyabrın 21-dək respublikamızda "Sülh aylığı" elan edilir. 1982-ci ildən bəri bütün dünyada "Sülh günü" kimi qeyd olunan təqvimin yaranma səbəbi sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, amansız müharibələrin, hər cür zorakılığın dayandırılması, bəşəriyyətin daim sülh içərisində yaşama arzusudur.

Sonda bildirilib ki, dünyanın ən tolerant ölkələrindən olan Azərbaycan vətəndaşlarının, xalqımızın da ən böyük arzu və istəyi sülh və əmin-amanlıq şəraitində yaşamaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31