Dalan... - Elçin Hüseynbəyli yazır

Elçin Hüseynbəyli

İyirmi beş il davam edən Ermənistan-Azərbaycan danışıqları dalana birəndi. Bunun əsas səbəbi, mənim, elə çoxlarının da dediyi kimi, ermənilərin lap əvvəldən sülh danışıqlarını imitasiya etməsi oldu. Ermənistan rəhbərliyinə kim gəlir gəlsin, onlar öz mövqelərindən geri çəkilməyəcəklər. Bu, təkcə erməni xisləti ilə bağlı deyil, siyasi rəhbərlik həm Rusiyadan, həm də erməni diasporundan, lobbisindən asılıdır. Bəri başdan onu da deyim ki, Rusiya heç zaman Ermənistandan əlini çəkməyəcək, ağuşundam buraxmayacaq. Mən bunu bir politoloq kimi demirəm, çünki belə bir iddiam yoxdur. Sadəcə tarixi az-çox bilən, bu barədə yazılar yazan qələm adamı kimi deyirəm. Çünki Ermənistanı Rusiya yaradıb, özü də Azərbaycan torpaqları ərazisində və həmişə də bu amildən bizə qarşı çıxış edib, edəcək də. Ona görə də bəzilərinin Rusinın Ermənistandan əl götürəcəyi barədə düşüncələri mənasızdır, özü də ziyanlıdır.

Burası heç. Bunu çoxlarımız bilirik. Amma  Nikol Paşinyanın məlum çıxışıdan sonra, yəni "Miatsum baş verdi, Qarabağ  Ermənistanındır" deməsindən sonra əsas nöqtə qoyuldu və erməni rəsmiləri bu istiqamətdə bəyanatlarını davam etdirdilər.

Politoloq Eldar Namazovun, keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovun da bu məsələyə münasibətində doğru-dürüst məqamlar çoxdur. Mən də bir yazar kimi, bir qarabağlı kimi danışıqların bundan sonra davam etdirilməsini düzgün saymıram, çünki ermənilərin xeyrinə işləyir. Əksinə, hamılıqla, yəni kim nəyi bacarırsa, ermənilərin bu həyasız mövqeyini dünyaya bəyan etməliyik. Azərbaycan 20 faizə yaxın torpalqarını itirsə də, bir milyona yaxın məcburi köçkün və qaçqına malik olsa da, milyardlarla sərvəti talansa da, daim sülh tərəfdarı olub. Çünki müharibə fəlakət deməkdir, qan-qada deməkdir. Amma məsələni də bu qədər uzatmaq olmaz. Ermənilərin arxasında böyük güclər dayanır, beynəlxalq hüquq da onların əlimdədir. Bizim gücümüz hələ ki,  ermənilərin və onlara güc verənlərin arqumentlərini zəiflətməyə çatır. Bayaq erməni xisləti dedim, bunu açmaq üçün bir haşiyə çıxım. Londonda  Avropa Bilriyinin münaqişələr və tolerantlıq adlı bir toplantısına qatılmışdım. Orda ermənilər də vardı. Konfransda sülhdən danışan ermənilər şəxsi söhbətlərdə nəinki Qarabağı qaytarmayacaqlarını deyirdilər, həm də Naxçıvana da göz dikdiklərini dilə gətirirdilər. Mən onlardan birinə belə dedim: İkiüzlülük eləməyin. Gedin, beyninizi yuyun və erməni xəstəliyindən qurtulun.

Dostlar, harda oluramsa olum, ermənilərin qorxaq və iyrənc ikiüzlülüklərini görmüşəm. Bir dəfə Aşqabadda Londondan kitab sərgisinə gəlmiş erməniylə rastlaşdım: "Ermənisən? -deyə sual verdim?" "Erməniyəm, amma Londondan gəlmişəm" cavabını verdi. Mənsə, "erməni harda olur-olsun ermənidir!" dedim. Biz, bəzən bu açıq həqiqətləri unuduruq. Qarabağ münaqişəsi uzandıqca, Qarabağ da bizdən uzaqlaşır, dostlar. Bayaq dediyim kimi, hamı bu məsələyə münasibət bildirməli və konstruktiv təkliflərlə çıxış etməlidir. Biz hamımızın, elliklə qarabağlı olduğumuzu bütün dünyaya ağıllı və konstriktiv şəkildə bəyan etməliyik: istər dövlət, istərsə də qeyri-dövlət formasında...

Sentyabr, 2019

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31