Bakıda XVII Dünya Çempionatı keçiriləcək
Sentyabrın 7-də “Nə? Harada? Nə zaman?” İntellektual oyunu üzrə XVII Dünya Çempionatı keçiriləcək.
6 Sentyabr 2019 16:54 SosialSentyabrın 7-də "Nə? Harada? Nə zaman?" İntellektual oyunu üzrə XVII Dünya Çempionatı keçiriləcək. Bu barədə məlumat "OLAYLAR"-a Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən daxil olub. Bildirilib ki, çempionat Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi, Azərbaycan İntellektual Klublar Assosiasiyasının təşkilatçılığı ilə baş tutacaq. Tədbirdə gənclər və idman naziri Azad Rəhimov və digər rəsmilər iştirak edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31