"Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər” jurnalı 2019-cu ildə növbəti 2-ci və 3-cü sayı üçün məqalə qəbulunu davam etdirir

"Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər” jurnalı 2019-cu ildə növbəti 2-ci və 3-cü sayı üçün məqalə qəbulunu davam etdirir

AMEA Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər" jurnalı (İSSN: 2219-5874) 20.11.2013-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən "Mətbu nəşrlərin reyestri"nə daxil edilib.

Azərbaycan və xarici kitabxana-informasiya mütəxəssislərindən formalaşdırılan jurnalın redaksiya heyəti:

1.Roman Motulski. Belarusiya Milli Kitabxanası, direktor. Belarusiya. Baş redaktor.
2.Sesilia Hazai. Georq Hazainin Ev Kitabxanası, direktor. Macarıstan. Redaktor.
3.Leyla İmanova. Mərkəzi Elmi Kitabxana, direktor. Azərbaycan. Redaktor
4.Akademik İsa Həbibbəyli. AMEA, vitse-prezident. Azərbaycan
5.Professor Kərim Tahirov. Azərbaycan Milli Kitabxanası, direktor. Azərbaycan
6.Mayıl Əhmədli. Prezident Kitabxanası, direktor. Azərbaycan
7.Zöhrə Berdiyeva. Özbəkistan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası, direktor. Özbəkistan.
8.Dosent Elçin Əhmədov. Bakı Dövlət Universiteti, BDU Elmi Kitabxana kafedrasının müdiri və Kitabxanaçılıq-informasiya fakultəsinin magistratura və elmi işlər üzrə dekan müavini. Azərbaycan.
9.Professor Klaudia Luks. Kitabxana-İnformasiya İnstitutu, Berlin Humboldt Universiteti. Almaniya.
10.Vladimir Firsov. Rusiya Milli Kitabxanası, müdir müavini. Rusiya.

Jurnalda çap olunacaq məqalələrin mövzu əhatəsinə dair tələblər:

1.Kitabxana-informasiya elmi;
2.Kitabxana-informasiya elminin tətbiqi sahələri (rəqəmsal yaddaş, rəqəmsallaşdırma siyasəti, milli yaddaş, sərbəst ensiklopedik resurslar, Vikipediya, müəllif hüququ, intellektual mülkiyyət, informasiya siyasəti, informasiya təhlükəsizliyi, süni intellekt və s.);
3.Tarix, ədəbiyyat, incəsənət, türkologiya, digər humanitar və dəqiq elmlər sahələrində çalışan alimlər tərəfindən kitabxana-informasiya elmi ünvanına yeni çağırışlar səsləndirən məqalələr.

Jurnalın hər nömrəsində elmi məqalələrlə yanaşı aşağıdakı rubrikalara da yazılar qəbul edilir:

Kitabxana-informasiya sahəsində tarixi hadisələri əks etdirən qısa məlumatlar və qeydlər;
Kitabxana-informasiya sahəsində beynəlxalq standartlar;
Digər ixtisaslar üçün kitabxana xəbərləri;
Sahə üzrə yeni kitablar;
Yerli və beynəlxalq tədbirlər təqvimi.

Məqalələrin təqdimində ardıcıllıq və texniki tələblər:

1.Müəllifin adı, soyadı, elmi dərəcəsi, elmi vəzifəsi, elmi adı, iş yeri;
2.Xülasə - Azərbaycan, ingilis və rus dillərində;
3.Açar sözlər - Azərbaycan, ingilis və rus dillərində;
4.Məqalənin əsas mətni;
5.Ədəbiyyat siyahısı;
6.Ümumi həcm: 1500-4500 söz  "Times New Roman" şrifti ilə, "12" ölçüdə, sətirarası interval "1,0",  mətndaxili abzas 1 sm olmaqla təqdim olunmalıdır;
7.Məqalələr  2-ci say üçün 31.10.2019, 3-cü say üçün 31.12.2019  tarixinə qədər [email protected], [email protected] və [email protected]; ünvanlarına (hər üçünə) göndərilməlidir;
8.Elektron məktubun mövzusu aşağıdakı kimi göstərilməlidir:   SCIENTIFIC PAPERS. CLS ANAS və müəllifin adı, soyadı.                

Təqdim olunan məqalələrə dair tələblər: 

1.Digər redaksiyalara təqdim olunmamış məqalələr qəbul edilir;
2.Məqalələr Kitabxana-informasiya elmi; Kitabxana-informasiya elminin tətbiqi sahələrinə cavab verməlidir (rəqəmsal yaddaş, rəqəmsallaşdırma siyasəti, milli yaddaş, sərbəst ensiklopedik resurslar, Vikipediya, müəllif hüququ, intellektual mülkiyyət, informasiya siyasəti, informasiya təhlükəsizliyi, süni intellekt və s.); Tarix, ədəbiyyat, incəsənət, türkologiya, fəlsəfə və digər humanitar  və dəqiq elmlər sahələrində çalışan alimlər tərəfindən kitabxana-informasiya elmi ünvanına yeni çağırışlar səsləndirən məqalələr son tədqiqatların nəticələrini əks etdirməli, yeni ideyalarla zəngin olmalı və elmi məqalələrin yazılışına qoyulan tələblər gözlənilməlidir;
3.Məqalə mətninin ümumi həcmi 1500-4500 söz olmalıdır. Azərbaycan, rus və ingilis dillərində məqaləyə aid açar sözlər verilir;
4.Məqalənin mətni Azərbaycan dilində latın qrafikası, rus dilində kiril və ingilis dilində latın əlifbası ilə Times New Roman - "12" şrift ilə "1,0" intervalla, mətndaxili  abzas 1 sm olmaqla yığılmalı, elektron variantı ilə birlikdə (elektron daşıyıcıda) təqdim olunmalıdır;
5. Məqalələr Azərbaycan, ingilis və ya rus dilində çap olunur. Yazıldığı dildən əlavə digər iki dildə məqalənin xülasəsi təqdim edilir. Xülasədə müəllifin adı, atasının adı, soyadı, məqalənin adı, irəli sürülən başlıca elmi müddəa/müddəalar, tədqiqatdan irəli gələn nəticə/nəticələr, problemin nəzəri və praktik əhəmiyyəti öz əksini tapmalıdır;
6.Məqalənin müxtəlif dillərdə olan xülasələri bir-birinin eyni olmalı və məqalənin məzmununa uyğun gəlməlidir;
7.Elmi məqalələrin sonunda elm sahəsinin və məqalənin xarakterinə uyğun olaraq aktuallıq əsaslandırılmalı, elmi yeniliyi, tətbiqi əhəmiyyəti, iqtisadi səmərəsi və s. aydın şəkildə verilməlidir;
8.Məqalədə müəllif haqqında aşağıdakı məlumatlar təqdim olunur: adı, soyadı, iş yeri, vəzifəsi, elmi dərəcəsi və elmi adı, e-mail;
9. Məqalə aşağıdakı ardıcıllıqla yazılır: birinci sətirdə böyük hərflərlə məqalənin adı; ikinci sətirdə müəllifin adı və soyadı, elmi dərəcəsi və elmi adı; üçüncü sətirdə iş yeri, vəzifəsi, daha sonra elektron poçtu (e-mail);
10.Məqalədə təqdim olunan həmmüəlliflərin sayının üçdən artıq olması məqsədəuyğun deyildir;
11.Redaksiya məqalədə zəruri dəyişiklər və ixtisarlar, redaktə aparmaq hüququna malikdir;
12.Məqalədəki faktların, məlumatların dürüstlüyünə müəlliflər cavabdehdir. İrəli sürülən elmi müddəalar müəllifin özünə məxsus olmalı, istifadə edilmiş nəzəri fikirlərin mənbəyi göstərilməlidir;
13.Məqalənin sonunda verilən ədəbiyyat siyahısı əlifba ardıcıllığı ilə deyil, istinad olunan ədəbiyyatların mətndə rast gəlindiyi ardıcıllıqla nömrələnməli və məsələn, (1) və ya (1, 119) kimi işarə olunmalıdır. Eyni ədəbiyyata mətndə başqa bir yerdə təkrar istinad olunarsa, onda istinad olunan həmin ədəbiyyat əvvəlki nömrə ilə göstərilməlidir;
14.Jurnal öz profilinə uyğun məqalələri dərc edir;
15.Plagiatlıq faktları aşkar edildikdə həmin məqalənin nəşri dayandırılır;
16.Məqalə müəlliflərinin hüquqları qorunur;
17.Jurnalda "ardı növbəti nömrədə" adı altında seriya məqalələr dərc olunmur;
18.Sənədin sonunda müəllif(lər)in işlədiyi müəssisə və onun ünvanı, iş və ev telefonları, ev və müəllifin elektron poçt ünvanı göstərilməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31