Aşura günü 33 yerdə qanvermə aksiyası keçiriləcək

Aşura günü 33 yerdə qanvermə aksiyası keçiriləcək

Bu il Məhərrəmlik ayında Aşura günü münasibətilə 25 şəhər və rayonda 33 yerdə qanvermə aksiyası keçiriləcək."Olaylar" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi bəyan edib. Nazirliyin məlumatına görə, aksiyalar 25 məscid və ziarətgahda, 8 səhiyyə müəssisəsində təşkil olunacaq. Bakıda 8 rayon üzrə 15 yerdə qanvermə aksiyası keçiriləcək. Xatırladaq ki, Məhərrəm ayı sentyabrın 1-dən başlayıb, sentyabrın 10-da Aşura günü qeyd ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31