3 754 nəfər peşə təhsili müəssisələrinə qəbul olunub
3 754 nəfər peşə təhsili müəssisələrinə qəbul olunub
6 Sentyabr 2019 15:50 SosialSentyabrın 6-da 2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulunun ikinci mərhələsinin nəticələri açıqlanıb. Təhsil Nazirliyindən "OLAYLAR"-a bildirilib ki, nəticələrə görə, 3 754 nəfər peşə təhsili müəssisələrinə qəbul olunub.
İxtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər təhsil haqqında sənədin əslini, tibbi arayışı, şəxsiyyət vəsiqəsinin surətini, 3x4 sm. ölçüdə 4 ədəd fotoşəkli və hərbi mükəlləfiyyət barədə sənədi (hərbi mükəlləfiyyətlilər) 6-10 sentyabr 2019-cu il tarixlərində qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31