Kərimlə rəqsi Ayana baha başa gəldi – FOTO+VİDEO

Kərimlə rəqsi Ayana baha başa gəldi – FOTO+VİDEO

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl müğənni Ayan Babakişiyevanın qardaşı Samir avtomobil qəzasına düşüb.

Olaylar.az  primetime.az-a istinadən xəbər verir ki, sənətçi onun son halının şəklini paylaşaraq, səhhətində irəliləyişlər olduğunu bildirib. Həmçinin Ayan sosial şəbəkə izləyicilərinin bir çoxlarının tənqidlərinə cavab verib. Belə ki, çoxları onun şəxsi İnstaqram hesabında rəqs etdiyi videosunu qınayıblar.

"Canım əkizim, artıq yavaş-yavaş ayağa qalxırsan. Qardaşım qəzadan sonra komada olmayıb. Sadəcə çox ağır ölümdən dönüləcək qəza oldu. Şükür, Allah Samiri bizə bağışladı. Bəzi insanlar yazmasın ki, qardaşı komadadır, sən əylənirsən. Dünən mənim ən doğma insanımın, uşaqlıqdan böyütdüyüm birinin məclisi idi. Dostlarım da məni tək buraxmadılar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31