Siqareti balaca itin gözündə söndürdü - Bütün dünya bu qadını axtarır 

Sinqapurda lentə alınan görüntülər dünyanın gündəmini sarsıb.

Musavat.com xəbər verir ki, gənc qadının balaca itə verdiyi işgəncələr geniş müzakirələrə yol açıb.

Gənc qadın balaca itin ağzını bağlayaraq onun gözündə siqareti söndürüb. Videoda itin əzablar içərisində çıxardı səslər də yer alıb. Görüntülər sosial şəbəkədə sürətlə yayılıb. Gənc qadın sosial şəbəkə istifadəçiləri tərəfindən ağır tənqid və təhqirlərə məruz qalıb.

Görüntülər sosial şəbəkədə Sinqapur Heyvan Qoruma Dərnəyi tərəfindən yayımlanıb. Videonu izləyən insanlar həmin qadının dərhal tapılıb cəzalandırılmasını tələb edir.

Qadının tapılması ilə bağlı Sinqapur Heyvan Qoruma Dərnəyi insanlara çağırışıb edib. Hazırda qadının axtarışları davam edir.

QEYD: Əsəbləri zəif olan insanların videoya baxması məsləhət görülmür

Musavat.com

Cani kadın yavru köpeğin gözünde sigara söndürdü

jjk

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31