"Dorian" qasırğası ABŞ-da 220 mindən çox sakinin İŞIĞINI SÖNDÜRDÜ

ABŞ-ın Cənubi Karolina və Corciya ştatlarında 220 mindən çox sakin elektrik enerjisiz qalıb.Redaktor.az-ın məlumatına görə, elektrik enerjisində problem ABŞ-da tüğyan edən "Dorian" qasırğası üzündən yaranıb. Qasırğa güclü külək və yağışla müşayiət olunur. Hazırda elektrik enerjisinin verilişinin bərpa edilməsi üzərində operativ iş aparılır. Qeyd edək ki, qasırğa səbəbindən ABŞ-ın Florida, Corciya, Cənubi və Şimali Karolina ştatlarında fövqəladə vəziyyət elan olunub. /Trend/

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31