Ödəmə terminalından külli miqdarda pul aparan yaxalanıb

Ödəmə terminalından külli miqdarda pul aparan yaxalanıb

Biləsuvarda oğurluq hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a  verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 340 manat, orada quraşdırılmış ödəmə terminalından isə 3616 manat pul, digər mağazada quraşdırılmış ödəmə terminalından isə 391 manat pul oğurlamaqda şübhəli bilinən Lerik rayon sakinləri T.Dadaşov və S.Azadov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31