72 sayğac oğurlayan ələ keçib

72 sayğac oğurlayan ələ keçib

Bakıda avtomobil və çoxlu sayda su sayğacı oğurlayan şəxs tutulub. Daxili İşlər Nazirliyindən "Olaylar"a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin  29-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini F.Aşurluya məxsus "VAZ-2121" markalı avtomobili qaçırmaqda şübhəli bilinən R.Əliyev saxlanılıb. R.Əliyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun müəssisələrin birinin anbarından 72 ədəd su sayğacı oğurladığı da müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31