Azərbaycanlı gənc Ərdoğanı görmək üçün bu yola əl atdı - FOTO - VİDEO

Azərbaycanlı gənc Ərdoğanı görmək üçün bu yola əl atdı - FOTO - VİDEO

Azərbaycanlı gənc Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün velosipedlə yola çıxıb.

Olaylar.az bildirir ki, bu barədə "Haberler" məlumat yayıb.

Zaqatala şəhərində yaşayan İzəddin Abdullayev təxminən 16-17 gündə 1600 km qət edərək Ankaraya getməyi planlaşdırır. İzəddinin ən böyük xəyalı isə prezident Ərdoğanla görüşməkdir.

Həmyerlimiz yolunun uzun olduğunu, lakin bunun onu qorxutmadığını bildirib: "Rəcəb Tayyib Ərdoğanı çox sevirəm. Bu, mənim uzun illərdən bəri olan xəyalımdır. 1600 km yolu 16-17 günə qət etməyi düşünürəm. İnşaallah Rəcəb Tayyib Ərdoğanla görüşərəm. Mənim kimi Ərdoğanı sevən və tanış olmaq istəyən yüz minlərlə azərbaycanlı gənc var. Bütün bu cavan insanların adına oraya gedirəm. Xəyalımın arxasınca getdiyim üçün çox şadam. 1600 km yolu türkləri və Türkiyə prezidentini sevməsəydim getməzdim. Mənim qəlbimdə Ərdoğanın yeri çox böyükdür. İnşallah, onun əlini sıxmaq, görmək, qucaqlamaq mənə nəsib olar".

https://dai.ly/x7k600t

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31