Nazir və nazir müavinləri bölgələrdə vətəndaşları qəbul edəcək

Nazir və nazir müavinləri bölgələrdə vətəndaşları qəbul edəcək

Sentyabrın 20-də Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən Naftalan şəhər Heydər Əliyev Mərkəzində (Naftalan şəhəri, Şıxəli Qurbanov küçəsi, 1) Naftalan şəhəri və Samux rayonundan olan vətəndaşların qəbulu keçiriləcəkdir.

Olaylar.az bildirir ki, həmin gün saat 11:00-da Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Gəncə şəhər Heydər Əliyev Mərkəzində (Gəncə şəhəri, Nizami Gəncəvi prospekti, 535) Gəncə şəhəri və Kəlbəcər rayonundan, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov Goranboy rayon Heydər Əliyev Mərkəzində (Goranboy rayonu, Dədə Qorqud küçəsi, 27) Goranboy və Xocalı rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli - Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsi ilə qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31