Serbiya Kral Akademiyasının prezidentinin müəllifi olduğu kitab Azərbaycanda təqdim olunub

Serbiya Kral Akademiyasının prezidentinin müəllifi olduğu kitab Azərbaycanda təqdim olunub

AMEA-nın Mərkəzi Elmi Kitabxanasına Serbiya Kral Akademiyasının prezidenti Draqan Damyanoviçin "Müqəddəs Anastasiyanın möcüzələri və peyğəmbərliyi" adlı kitabı təqdim olunub. Olaylar.az xəbər verir ki, kitab ölkəmizin Serbiyadakı səfiri Eldar Həsənovun təşəbbüsü və dəstəyi ilə çap olunub. Bu nəşr bizə, keçmiş və ənənəvi dəyərlər haqqında qiymətli məlumatlar verir. Kitabda Müqəddəs Anastasiyanın maddi və mənəvi çətinliyi və bu çətinliyin sonunda etdiyi seçimdən bəhs edilir. Kitab tarix, ilahiyyat və dünya ədəbiyyatı ilə maraqlanan oxucular üçün nəzərdə tutulub. Kitab MEK-in Diplomatik fondunda yerləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31