Uşaqlar üçün verilən müavinətin bərpası nə vəd edir? - TƏHLİL

Uşaqpulunun bərpası çoxsaylı ailələri ünvanlı sosial yardımdan məhrum edə bilər

Dövlət başçısı İlham Əliyev növbəti dəfə prezident seçildikdən sonra verdiyi vədə əməl edərək uğurlu sosial siyasətini davam etdirməkdədir.Təkcə cari ildə həyata keçirilən silsiləli sosial tədbirlər dediklərimizə bariz nümunədir. Onu da qeyd edək ki, uğurla icra olunan sosial layihələr ölkə əhalisinin bütün təbəqəsini əhatə etməkdədir. Azərbaycanda yürüdülən sosial siyasətin mahiyyəti ondan ibarətdir ki, ölkənin iqisadi inkşafının artması nəticəsində əldə edilən maliyyə vəsaiti əhalinn sosial rifahına yönəldilir. Artıq cari ildə bu siyasətin real nəticələrinin şahidi olmuşuq. Pensiyalar, əmək haqları, minimum əmək haqqı və sair kimi sosial ödəmələrin həcmində müşahidə olunan artım insanların güzərənana müsbət təsir edib. Məsələ orasındadır ki, bəzi üzdəniraq ekspertlər yürüdülən siyasətin mahiyyətinə varmadan icrası mümkün olmayan, daha doğrusu vətəndaşların maddi vəziyyətinə mənfi təsir edəcək təkliflərlə çıxış edirlər. Belə təkliflərdən biri də uşaqlar üçün müavinətlərin verilməsidir ki, əslində bu təklifin reallaşması aztəminatlı ailələrin gəlirlərinə mənfi təsiri ilə nəticələnə bilər. Məlumat üçün qeyd edək ki, 2006-cı il 1 iyun tarixindən etibarən Azərbaycanda uşaqlar üçün nəzərdə tutulan müavinət dayandırılıb. Lakin bu məhdudiyyət tətbiq edilən zaman aztəminatlı ailələrin aylıq gəlirləri nəzərə alınıb. Belə ki,  həmin dövrdə müavinətin ləğvi ünvanlı sosial yardımın tətbiqi, uşaqlar üçün verilən pulun məbləğinin çox aşağı olması ilə əsaslandırılırdı. Buna baxmayaraq, son vaxtlar uşaqlar üçün verilən müavinətin bərpası məsələsi mütəmadi olaraq gündəmə gətirilir. Maraqlıdır, uşaqlar üçün verilən müavinətin bərpası nə dərəcədə zəruridir?  

Əvvəla qeyd edək ki, mövzu ətrafında spekulyativ manipulyasiya  iqtidara qarşı siyasi mübarizə vasitəsi kimi istifadə edilməkdədir. Belə bir papulist təkliflə çıxış edən ekspertlər əslində iqtidarın sosial siyasətini gözdən salmaq məqsədi güdürlər. Bu fikri təsdiq etmək üçün xarici ölkələrdə verilən uşaq pullarının mexanizminə nəzər yetirmək kifayətdir. Xatırladaq ki, xarici ölkələrdə, xüsusən iqtisadi baxımdan inkişaf etmiş dövlətlərdə uşaq pulları bir qayda olaraq  yüksək məbləğdə verilir və əhalinin azalmasının qarşını almaq üçün görülən stimullaşdırıcı tədbir xarakteri daşıyır. Təkrar xatırladaq ki, həmin uşaq pullarının ödənilməsi əhalinin maddi vəziyyətinin yüksəldilməsi yox, stimullaşdırıcı xarakter daşıyır. Sosialist düşərgəsinə daxil olan keçmiş ölkələrin bəzisində isə hələ də aztəminatlı çoxuşaqlı ailələrə sosial yardım məqsədilə verilir. Göründüyü kimi sadalanan mexanizmlərin heç biri Azərbaycan üçün aktual deyil. Nəzərə almaq lazımdır ki, Azərbaycanda bu yaxınlarda 10 milyonuncu sakin dünyaya gəldi, ölkəmiz yalnız Cənubi Qafqazda deyil, bütövlükdə postsovet ölkələri arasında ən yaxşı demoqrafik göstəricilərə malikdir, əhali artımı, eləcə də  əhalinin demoqrafik balansında uşaq, yeniyetmə və gənclərin faizləri yüksəkdir. Son 15 ildə əhali artımı 1.7 milyon nəfər təşkil edib. Belə bir halda ölkəmizdə əhali artımını əlavə təşviq edilməsi kimi zərurət yoxdur. Digər tərəfdən, prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanda sosial siyasətin əsasında insan amili, azərbaycanlı ailəsinin rifahı amili durur. Ölkə qanunvericiliyinə görə,  aztəminatlı ailələrə sosial müavinətlərin verilərkən ailədə uşaqların olması, uşaqların sayı da diqqətdə saxlanılır və ünvanlılıq prinsipi əsas götürülür. Bu il ərzində dövlət minimum əmək haqqının və minimum pensiya məbləğinin kəskin artımına gedib. Bu isə dövlətin əhalinin maddi rifahının yüksəlməsi üçün daha böyük sosial yük götürdüyünü və məsələləri köklü şəkildə həll etmək niyyətini nümayiş etdirir. Qətiyyətlə demək olar ki, artıq Azərbaycan sosial dövlət modelini uğurlu tətbiq edən ölkələr sırasındadır. Prezident İlham Əliyev dövlət qayğısının yüksək nümunəsi kimi sosial təminatda daha bir addım ataraq 2019-cu il iyunun 18-də imzaladığı sərəncamlarla 1 sentyabr 2019-cu il tarixdən minimum əməkhaqqı 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılması, dövlət sektorunda çalışanların əməkhaqlarının 20-50 faiz artımı da öz növbəsində əhalinin rifah halının daha da yüksəlməsinə müsbət təsirini göstərəcək. Konkret olaraq Prezident İlham Əliyevin imzaladığı Fərman və sərəncamlar əsasında reallaşdırılan böyük sosial tədbirlər paketi bütün kateqoriyalardan olan vətəndaşlarımızın rifah halını yüksəldir. İlk sosial paket 3 milyon insanı əhatə etməklə illik maliyyə tələbi 1,6 milyard manata bərabər idi. İkinci paket çərçivəsində sentyabrın 1-dən əməkhaqlarının artması 1 milyon 350 min insanı əhatə edir. Ümumilikdə isə iki sosial paketin maliyyə tutumu bu il üçün 2,3 milyard manatdır. Davam etdiriləcək sosial tədbirlərə növbəti ildə 3 milyard manat xərclənəcək ki, bu da 4,2 milyon insanımızı əhatə edəcək. Sevindirici haldır ki, hər bir Azərbaycan vətəndaşı dövlət başçısının daim xalqının yanında olmasını, iqtisadi inkişafın müsbət nəticələrini öz həyatında hiss edir. Belə bir halda nəzərə amaq lazımdır ki, heç bir halda həm müavinət,  həm ünvanlı yardım, həm də ailələrə dəstək proqramları paralel icra oluna bilməz. Daha dəqiq, əgər "uşaq pulu" yuxarı məbləğdə təyin olunacaqsa, ailə avtomatik ünvanlı sosial yardım almaq imkanını itirir. Yəni ailənin gəlirləri artacaq və onlara təyin olunan ünvanlı sosial yardıma xitab veriləcək. Müavinətlərin ailənin gəlirlərindən asılı olmayaraq hər kəsə verilməsi təklifi isə sosial ədalət prinsipinə ziddir. Gəlirləri yüksək olan ailələrə dövlət tərəfindən 50 və ya 100 manatın verilib-verilməməsi onlar üçün hiss olunacaq dərəcədə təsirli olmayacaq. Halbuki həmin vəsaitin aztəminatlı ailələrin təminatına yönəldilməsi daha məqsədyönlüdür. Göründüyü kimi uşaq pulu mövzusu ətrafında aparılan müzakirələr manipuliyasiyadan başqa bir şey deyil.

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31