Vətəndaşlardan ov tüfəngi götürülüb

Vətəndaşlardan ov tüfəngi götürülüb

Zərdab və Ağdaş sakinlərindən ov tüfəngi götürülüb. Daxili İşlər Nazirliyindən "Olaylar"a verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Alıcanlı kənd sakini A.Şükürovdan müvafiq sənədləri olmayan "TOZ" markalı ov tüfəngi, Ağdaş RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Pirkəkə kənd sakini M.İsmayılovdan müvafiq sənədləri olmayan "TOZ-16" markalı ov tüfəngi götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31