Müalicə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb
Müalicə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb
4 Sentyabr 2019 14:39 SosialPenitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin Müalicə Müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb. Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş və Müalicə Müəssisəsində saxlanılan Ağalarov Amid Zakir oğluna tanışı Bakı şəhər sakini Vəliyeva İradə Bəhlul qızı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sovqatdakı coraba bükülmüş 4 ədəd sellofanın içərisində gizlədilmiş 1,764 qram "Metamfetamin", 7,043 qram "Marixuana və 1,632 qram "Heroin" aşkar edilmişdir. Faktla bağlı araşdırma aparılır.