Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticələri məlum olub
Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticələri məlum olub
4 Sentyabr 2019 13:10 SosialMüəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticələri məlum olub. "OLAYLAR"-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, əlavə yerləşdirmə zamanı uğur qazanmış namizədlər sentyabrın10-dək zəruri sənədləri aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər. Zəruri sənədlər sırasına şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış və kadrlar uçotunun şəxsi vərəqəsi daxildir.
Qeyd edək ki, sentyabrın 2-də müəllimlərin əlavə yerləşdirilməsi üzrə müsahibə mərhələsi keçirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31