Rusiyanın Xalq artisti Bakıda hamam xalatında görüntüləndi - FOTO
Rusiyanın Xalq artisti Bakıda hamam xalatında görüntüləndi - FOTO
4 Sentyabr 2019 12:50 SosialYevgeni Vaxtanqov adına Moskva Dövlət Akademik Teatrının kollektivi ilə bərabər Bakıda qastrol səfərində olan Rusiyanın Xalq artisti Sergey Makovetski paytaxtımızda çəkdirdiyi qeyri-adi fotoları ilə həmkarlarından fərqlənməyi bacarıb.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, aktyorun fotolarını teatrın direktoru Kirill Krok Feysbuk sosial şəbəkəsində yerləşdirib. Fotolarda Makovetski səhər saatlarında otel nömrəsinin eyvanında hamam xalatında poz verir.
"Bakıda eyvanda daha kimi görmərsən ki...", - Krok fotonu şərh edib.
Qeyd edək ki, Sergey Makovetski Bakıya III M.A.P. Beynəlxalq Teatr Festivalı çərçivəsində gəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31