Şadlıq evinin oğurluq qaz xətti aşkarlanıb
Şadlıq evinin oğurluq qaz xətti aşkarlanıb
4 Sentyabr 2019 11:34 Sosial"Azəriqaz" İstehsalat Birliyinin Tərtər Regional qaz istismarı İdarəsinin (RQİİ) əməkdaşları Ağcəbədi xidmət sahəsində şadlıq evlərindən birinin başqa bir obyektin qaz xəttinə qeyri-qanuni qoşulmasını aşkarlayıb. İstehsalat Birliyindən "OLAYLAR"-a verilən məlumata görə, həmin obyekt kənarda zibillik ərazisində xəttin altındakı dayağın içərisi ilə boru yeridərək qanunsuz birləşmə aparıb. Daha sonra isə qazın rezin boru ilə oğurlanması ilə məşğul olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31