Sabirabadda qatarla yük maşını toqquşdu – Hadisə yerindən VİDEO
4 Sentyabr 2019 10:04 SosialŞirvan şəhərindən Sabirabadın Minbaşı kəndinə gedən yolda qatarla yük maşını toqquşub.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Şirvan-İmişli dəmir yolu xəttinin Minbaşı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
50-B-117-10 dövlət nömrə nişanlı yük maşını qatarla toqquşub.
Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.
Qəzanın səbəbi araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31