Bakıda Albert Aqarunova heykəl qoyuldu
Bakıda Albert Aqarunova heykəl qoyuldu
3 Sentyabr 2019 16:29 SosialAzərbaycanın Milli Qəhrəmanı Albert Aqarunova Bakıda heykəl qoyulub.
Bu barədə Oxu.Az-a Bakı Şəhər İcra Hakmiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov məlumat verib.
Onun sözlərinə görə, heykəl paytaxtın Nərimanov rayonu ərazisində qoyulub:
"Heykəl elə Albert Aqarunov küçəsində ucaldılıb".
Qeyd edək ki, Milli Qəhrəman 1969-cu il aprelin 25-də Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub.
A.Aqarunov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə düşmənin snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31