“İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər günü” Forumu keçirilir

“İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər günü” Forumu keçirilir

Türkiyənin İstanbul şəhərində "İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər günü" Forumu öz işinə başlayıb. Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən "OLAYLAR"-a bildirilib ki, tədbirdə Azərbaycanı gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Forum zamanı çıxış edən nazir Azad Rəhimov, bu təşkilatın çox böyük inkişaf yolu keçdiyini və ötən dövr ərzində İƏT üzv ölkələrdən 48 gənclər institutunun İCYF sıralarına qoşulduğunu xüsusi olaraq qeyd edib.

Nazir çıxışında Azərbaycan Hökümətinin daim  İCYF -nı dəstəklədiyini, 2004-cü ildə Prezident İlham Əliyevin  himayəsi altında İslam Əməkdaşılığı Gənclər Forumunun Baş Assambleyasının Bakıda keçildiyini diqqətə çatdırdı. Eyni zamanda, İstanbulda İCYF-nın baş gərargahının açılışında da cənab İlham Əliyevin iştirak etdiyini bildirirdi. Nazir vurğuladı ki,  həmin gün, 3 sentyabr tarixinin İslam Konfransı təşkilatı tərəfindən İslam ölkələri "Gənclər günü" kimi qeyd olunması haqqında qərar qəbul edilib.

Qeyd edək ki, forum çərçivəsində nazir Türkiyənin gənclər və idman naziri Muharrem Kasapoğlu, İƏT mədəniyyət və sosial məsələlər üzrə baş direktoru xanım Mehla Ahmed Talebna, Mali gənclər və idman naziri Aruna Modibo Toure, eyni zamanda, Dünya Etnosport Federasiyasının prezidenti Bilal Erdoğanla ikitərəfli görüşlər keçirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31