Natavan küçəsində kanalizasiya kollektorunda qəza baş verib

Natavan küçəsində kanalizasiya kollektorunda qəza baş verib

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Natavan küçəsində  (Biləcəri əyləncə parkının yaxınlığı) yolun altından keçən və "Azərsu" ASC-nə məxsus kanalizasiya kollektorunda qəza baş verib və nəticədə yolun həmin hissəsində asfalt-beton örtükdə dağılmalar və çökmə qeydə alınıb. "OLAYLAR"-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, baş vermiş qəzanın aradan qaldırılması üçün sözügedən qurumun əməkdaşları tərəfindən ərazidə qazıntı-bərpa işləri aparılır.

Sürücülərdən qeyd olunan ünvanda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Sabunçu stansiyasının yeni inşa olunmuş yeraltı tunelini su basıb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31