Qənirə Paşayeva Qovlar şəhərinin sakinlərilə görüşüb

Milli Məclisin deputatı Qənirə Paşayeva Qovlar şəhərində sakinlərlə  görüşüb, qayğıları ilə maraqlanıb, onları narahat edən problemlərlə bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib.

Görüş zamanı deputat Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən danışıb, seçicilərini maraqlandıran və narahat edən məsələləri araşdıracağını bildirib. O, bir sıra fiziki imkanları məhdud insanları, xəstələri də ziyarət edib, qayğıları ilə maraqlanıb.

Sakinlərlə görüşdə  bölgədə həyata keçirilməsi nəzərdə tutulan layihələr ilə bağlı söhbətlər, müzakirələr aparılıb. Q.Paşayeva Prezident İlham Əliyevin rəhbərliyi altında son illərdə ölkəmizdə, o cümlədən Tovuzda aparılan quruculuq və abadlıq işlərinin daha da güclənməsi, insanların sosial rifah halının daha da yaxşılaşmasından danışıb və dövlət başçısının göstəriş və tapşırıqları ilə Tovuzda insanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən və nəzərdə tutulan layihələr, işlər barədə ətraflı məlumatlar verib. Bildirib ki, həyata keçirilən və nəzərdə tutulan işlər tezliklə öz müsbət təsirini verəcək. Vətəndaşları dinləyərək, onları narahat edən problemlərlə bağlı qeydlər apararaq, qanun, qaydalar və imkanlar çərçivəsində həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib.

Q.Paşayeva sakinlərin bəzi problemlərinin həlli istiqamətində müvafiq qurumlarla danışacağını və bəzi təkliflərini parlamentdə səsləndirəcəyini də deyib, onları maraqlandıran bir sıra sualları cavablandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31