“Din sosiologiyası” adlı kitab çap edilib

“Din sosiologiyası” adlı kitab çap edilib

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) müəllimi, sosiologiya üzrə fəlsəfə doktoru Asəf Qənbərovun "Din sosiologiyası" adlı kitabı Aİİ Elmi Şurasının qərarı və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə nəşr olunub.

Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, kitabın müəllifi A.Qənbərov "Ön söz"də bildirib ki, Din sosiologiyası ilə bağlı Azərbaycan dilində tədqiqatların azlığı və müstəqil əsərlərin isə ümumiyyətlə mövcud olmaması bu əsərin yazılmasının əsas səbəblərindəndir. Müəllif qeyd edib ki, kitab həm Din sosiologiyası ilə bağlı ümumi təsəvvür yaradacaq, bu sahəyə tədqiqatçıların marağını artıracaq, həm də Dinşünaslıq sahəsində elmi ədəbiyyatın zənginləşdirilməsinə töhfə verəcəkdir.

Qeyd edək ki, kitab elmi tədqiqatçılar, sosioloqlar, dinşünaslar, ali məktəb müəllimləri, tələbələr, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31