“Qoy həmişə sülh olsun!” - Uşaqlar üçün tədbir
“Qoy həmişə sülh olsun!” - Uşaqlar üçün tədbir
3 Sentyabr 2019 11:21 SosialBakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialı 192 saylı "Göyərçin" uşaq bağçasının məktəbəqədər bölmələrinin uşaqları ilə "Qoy həmişə sülh olsun!" adlı tədbir keçirib.
Olaylar.az bildirir ki, kitabxananın şöbə müdiri Lalə Məhərrəmova mövzu ilə bağlı çıxış edib və uşaqların vətənpərvərlik ruhunda böyüməsindən, tərbiyələnməsindən bəhs edib. Onları vətəni sevməyə, vətənpərvər olmağa səsləyib.
Sonda uşaqlar "Qoy həmişə günəş olsun!" mahnısını səsləndiriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31