Paytaxtın 9 küçə və prospekt kəsişməsində svetoforlar işləmir

Paytaxtın 9 küçə və prospekt kəsişməsində svetoforlar işləmir

Gecə saatlarında müşahidə edilən yağışla əlaqədar olaraq paytaxt ərazisindəki bəzi yol kəsişmələrindəki svetoforların işində problemlər yaranıb. Bakı Nəqliyyat Agentliyindən "OLAYLAR"-a bildirilib ki, hazırda 9 küçə və prospekt kəsişməsində svetoforlar işləmir.

Bildirilib ki, svetoforların fəaliyyətinin bərpa edilməsi istiqamətində iş aparılır. Sürücülərdən svetoforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31