British American Tobacco Azərbaycanda yeni nəsil məhsulunu satışa buraxır

British American Tobacco Azərbaycanda yeni nəsil məhsulunu satışa buraxır

Məhsulun texniki üstünlükləri.

British American Tobacco Azərbaycanda glo™ -tütün qızdırıcı sistemlərin satışına başlayır. Siqaretlərdən fərqli olaraq, yalnız glo™ ilə istifadə üçün nəzərdə tutulmuş KentNeostiks™ tütün çubuqları alışmadan 240 ± 5°C qədər qızır. Bu o deməkdir ki, qızdırılma zamanı yaranan aerozol özündə siqaret tüstüsü ilə müqayisədə 90-95% daha az zəhərli maddələr ehtiva edir[1]. glo™ həmçinin daha az qoxu xaric edir və istifadə nəticəsində kül yaranmır, həmçinin, tütün tüstüsü deyil, qızdırılmış  buxar (aerozol)[2] yayılır.

Necə əldə etmək olar?

glo™ и KentNeostiks™ Bakıda firma mağazaları, ticarət mərkəzləri, eləcə də  şəhərin böyük pərakəndə satış nöqtələrindən, eləcə də glo.az internet səhifəsindən və ya *0880  telefon nömrəsinə zəng etməklə əldə etmək olar. 

Asan və rahat istifadə

Məhsul Böyük Britaniyada dünyadan olan 100-dən çox mütəxəssis- alimlər, mühəndislər, dizaynerlər, tütün ekspertləri və toksikoloqların iştirakı ilə hazırlanmışdır. glo™əsas üstünlüyü və xüsusiyyəti - istifadə sadəliyi və rahatlığıdır: bir cihaz, bir düymə və 30 istifadə sessiyasına imkan verən akkumulyator.

British American Tobacco şirkətinin Qafqaz və Moldova üzrə baş direktoru Felisio Ferraz bildirmişdir ki, "Biz BAT-da istehlakçılara onların tələbatlarına uyğun bir sıra tütün məhsulları təklif edərək, onların  seçimlərini təmin etməyə çalışırıq. Buraya istehlakçılara daha az riskli məhsuldan istifadə etmək imkanlarının yaradılması da daxildir[3]. Biz həmçinin yeni nəsil məhsullarımızın istifadəçi üçün rahat olmasını istəyirik. Buna görə ən sadə, eyni zamanda intuisiya səviyyəsində anlaşıqlı olan, cihazı düyməyə bir dəfə basmaqla aktivləşdirən texnologiyaya nail olmuşuq. Bu texnologiya, həmçinin cihazı yenidən enerji ilə doldurmadan 30 sessiya ərzində fasiləsiz istifadə etməyə imkan verir və cihazı təmizləmək üçün cəmi bir neçə saniyə vaxt tələb olunur. Azərbaycan - dünyada glo™ cihazını satışa çıxardığımız 16-cı bazardır.

3 fərqli dad.

KentNeostiks™3 müxtəlif dad çeşidində təqdim olunub: "Rich Tobacco", "Bright Tobacco" və "Dark Fresh"[4].

Daha az risk naminə atılan addımlar.

Son altı ildə "British American Tobacco" şirkətlər qrupu daha az riskli alternativlərin tədqiqatı və hazırlanmasına 2,5 mlrd. ABŞ dollarından çox investisiya yatırmışdır. Bütün dünyada 1500-dən çox alim, mühəndis və ekspertlər şirkətlər qrupunun tədqiqat mərkəzlərində çalışaraq yetkinlik yaşına çatmış tütün və nikotin istehlakçıları üçün innovativ məhsulların geniş çeşidlərinin yaradılması üzərində işləyir.  Eyni zamanda, elmi-tədqiqat resurslarının əhəmiyyətli hissəsi siqaretçəkmənin daha az riskli alternativlərinin işlənib hazırlanmasına yönəlib.

"British American Tobacco" şirkətlər qrupunun Baş elmi mütəxəssisi Kristofer Proktor bildirmişdir ki, "Konseptual baxımdan glo™potensial olaraq daha az riskli məhsul kimi işlənib hazırlanmışdır, onun istifadəsi zamanı tütün yanmır, qızdırılır. Nəticədə ayrılan toksinlərin miqdarı əhəmiyyətli dərəcədə azalır, istehlakçı isə istifadədən istədiyi dadı və həzzi alır. Biz glo™elektron cihazını və tütün stiklərini 4 il ərzində işləyib hazırlamışıq ki, onların vahid sistem kimi işləyə bilməsindən əmin olaq."

"British American Tobacco" şirkətlər qrupu yeni nəsil innovativ məhsulları (tütün qızdırıcı sistemlər və  buxarlandırma məhsulları)dünyanın 15 bazarında, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa, Cənubi Koreya, Rumıniya, Fransa, İtaliya, Yaponiya və Ukraynada satışa çıxarmışdır. 

 

Redaktorların qeydləri

Yeni nəsil məhsulları haqqında

Yeni nəsil məhsullar "British American Tobacco" şirkətlər qrupunun yetkinlik yaşına çatmış tütün və nikotin istehlakçıları üçün əsas sahələr - veypinq seqmentində məhsullar və tütün qızdırıcı sistemlər - üzrə  tütün məhsullarına keyfiyyətcə yeni alternativlərin  işlənib hazırlanmasına və təchizatına yönəlmiş portfelinə daxildir. 

"British American Tobacco" şirkətlər qrupu haqqında

British American Tobacco (BAT) dünyada tütün və nikotin tərkibli məhsullar istehsal edib milyonlarca istehlakçıya çatdıran və istehlakçı malları bazarında dünyada aparıcı şirkətlərdən biridir. Şirkətdə 55 000 nəfərdən çox şəxs çalışır. BAT - 55-dən çox ölkə bazarında liderdir və 42 ölkədə fabriki vardır. Şirkətin strateji portfeli dünya siqaret markalarından və potensial olaraq daha az riskli məhsulların artmaqda olan və veypinq seqmentindəki məhsullar, tütün qızdırıcı sistemlər, habelə, ağızın ön tərəfində istifadə olunan tütün və nəm tütün və snus kimi nikotin məhsulları daxil olan çeşidindən ibarətdir.

2017-ci ildə Qrup 20 mlrd. funt sterlinq gəlir və əməliyyatlardan 6,5 mlrd. funt sterlinq mənfəət əldə etmişdir. 2017-ci ilin iyulunda British American Tobacco səhmdar cəmiyyəti Reynolds American İnc. şirkətinin qalan 57,8 % səhmlərini əldə edərək daha güclü qlobal tütün və nikotin şirkətini yaratmışdır.

[1]Burada və daha sonra 3R4F (təxminən 9 mq qatran) formatlı standart siqaretdə yanan tütün tüstüsünün glo™ cihazında qızdırılmış tütünün aerozolu ilə müqayisəsi nəzərdə tutulur. Müqayisə Ümumdünya Səhiyyə Təşkilatının istehlakını azaltmağı tövsiyə etdiyi 9 növ zərərli maddə üzrə aparılır. Bu mütləq qaydada o demək deyil ki, bu məhsul digər tütün məhsulları ilə müqayisədə daha az ziyanlıdır.

[2]Bu mütləq qaydada o demək deyil ki, bu məhsulun sağlamlığa təsiri digər tütün məhsullarından daha azdır.

[3]Burada və daha sonra ənənəvi siqaret çəkmə ilə müqayisədə potensial olaraq daha az təhlükə nəzərdə tutulur.

[4]KentNeostiks™ Azərbaycana Rusiya Federasiyasından idxal olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31