«Əks-səda»nın layihəsi yekunlaşır

«Əks-səda»nın layihəsi yekunlaşır

"Əks-səda"Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi İctimainin may ayinin 15-dən başlayan  "Milli maraqların müdafiəsi : sosial şəbəkələrdə informasiya təhlükəsizliyi və vətəndaş təəssübkeşliyi" layihəsi  başa artıq yekunlaşmaq üzrədir.

Layihənn rəhbəri Sevinc Kərimova layihənin uğurla həyata keçirildiyini bildirib. Onun sözlərinə görə məqsəd  sosial şəbəkələrdən istifadə edən ölkə  vətəndaşları ilə milli mənafeyimiz və dövlətimizın təhlükəsizliyi ilə bağlı mövzularda müzakirələr aparmaq idi və  4 rayonda 200-dən çox vətəndaşımızla görüşlər müvəffəqiyyətlə baş tutdu. Astara, Bərdə, Beyləqan və Ağstafa rayonlarının hər birində  50-yə yaxin rayon sakini dəyirmi masada iştirak edib.

Gənclərın mövzuya göstərdikləri həssaslıq diqqətindən yayınmadıdığını deyən S. Kərimova olduqca səmimi ortamda keçirilən görüşlərdə sosial şəbəkələrdə saxta profillər, sifarişçi bloqrlərin qara PR kompaniyaları, eləcədə sosial şəbəkələdə milli mənafeymizin müdafiəsi kimi məsələlərə toxunulub.

Olaylar.az-a verilən məlumata görə, dəyirmi masa iştirakçılarına Rabitə və Yüksək Texnoloğiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi tərəfindən təqdim edilmiş "Facebook sosial şəbəkəsindən təhlükəsiz istifadə qaydaları" kitabçası paylanılıb.

Qeyd edək ki, "Milli maraqların müdafiəsi : sosial şəbəkələrdə informasiya təhlükəsizliyi və vətəndaş təssübkeşliyi" layihəsinın mayiyyə dəstəyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri -Hökumət  Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən göstərilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31