Qadını vurub qaçan sürücü tutulub

Qadını vurub qaçan sürücü tutulub

Sumqayıtda piyadanı vuran sürücü saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 31-də şəhər sakini Mənsumə Əliyevanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən "Mercedes" markalı avtomobilin sürücüsü, Abşeron rayon sakini R.Manafov saxlanılıb.Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31