Bakıda oğurluq edən əcnəbi saxlanıb

Bakıda oğurluq edən əcnəbi saxlanıb

Bakıda xarici vətəndaşların pasport və pulları oğurlanıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 30-da əcnəbi vətəndaşın çantasından 580 ABŞ dolları, 4 ədəd pasport və 3 ədəd doğum haqqında şəhadətnamə oğurlamaqda şübhəli bilinən digər əcnəbi vətəndaş D.Norredine saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31