Xidmət səviyyəsinin daha da yüksəldilməsi məqsədilə növbəti təlim keçirilib

Xidmət səviyyəsinin daha da yüksəldilməsi məqsədilə növbəti təlim keçirilib

Xidmət səviyyəsinin daha da yüksəldilməsi məqsədilə növbəti təlim Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunun əməkdaşları üçün keçirilib. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən "Olaylar"a bildirilib ki, avqustun 19-dan başlanan təlimlərdə gömrükçülərə peşəkar psixoloq və mütəxəssislər tərəfindən vətəndaşlarla işləmə və qarşılıqlı ünsiyyət qurma bacarıqlarının təkmilləşdirilməsi, gömrük orqanlarının fəaliyyətinin tərbiyəvi əhəmiyyətinin təşviqi, işgüzar mühitdə kommunikativ səriştəliliyin artırılması, eləcə də ünsiyyət prosesində müşahidə oluna bilən nöqsanlı halların neqativ təsirlərinin minimallaşdırılması istiqamətləri üzrə zəruri biliklər verilir və praktiki məşğələlər keçirilir.Təlimlərə ilkin olaraq ölkənin 5 əsas quru gömrük-sərhəd buraxılış məntəqəsində və Heydər Əliyev adına Beynəlxalq Hava Limanında xidmət keçən 500-ə qədər gömrük əməkdaşının cəlb olunması nəzərdə tutulub."Qırmızı Körpü" gömrük postunda keçirilən təlim 1 həftə davam edəcək. Bundan öncəki təlim Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda təşkil olunmuşdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31