İnfarktın 7 əsas göstəricisi

İnfarktın 7 əsas göstəricisi

Erkən ölümün əsas səbəblərindən biri də ürək tutmasıdır. Təəssüf ki, gərgin həyat tərzi, düzgün qidalanmamaq, xroniki yuxusuzluq infarkt riskini artıran əsas amillərdən sadəcə, bir neçəsidir. Mütəxəssislərə görə  infarktın 7 əsas göstəricisi bunlardır:

Sinədə rahatsızlıq hissi

Ürək tutmasının "gəlirəm" deyən ən önəmli göstəricisi sinə hissədə rahatsızlıqdır. İnfarkt xəstələrinin 2/3-si sinədə ağrı, basqı, yanma və sıxıntı hiss edirlər. Çox zaman bu hiss 20 dəqiqədən artıq davam edir. Həkimlər qeyd edirlər ki, hər xəstənin rahatsızlıq hissi fərqli olur.

Sol qola yayılan ağrı

Ürək tutmasının ağrısı sinədən başlayaraq yayılır. Ən çox isə sol qola doğru ağrılar yayılır. Buna baxmayaraq sinədə ağrı olmasa belə sadəcə qol ağrısı şikayəti ilə həkimə gedən xəstələrdə də infarkt riskinə rast gəlinir.

Özünüitirmə və baş fırlanması 

Özünüitirmə və baş fırlanması hissi bir çox şeydən asılı ola bilər. Bəzən aclıqdan, bəzən ayağa cəld durmaqdan... Amma bəzən də infarktdan. Bu səbəblə də əgər sinədə rahatsızlıq və ya nəfəs darlığı olarsa, mütləq həkimə gedin.

Boğaz və çənədə ağrı

Tək başına olan boğaz və çənə ağrısının ürək tutması ilə çox zaman əlaqəsi olmur. Amma əvvəlcə sinədən başlayan, sonra boğaza və çənəyə yayılan bir ağrı zamanı mütləq həkimə getmək lazımdır.

Soyuq tərləmə

Xüsusi ilə soyuq tərləmə ilə birlikdə sinədə ağrı varsa, çox diqqətli olmaq lazımdır. Çünki bu infarktın ən çox yayılan göstəricisidir.

Nəfəs darlığı

Heç bir səbəbi olmadan anidən başlayan və keçməyən nəfəs darlığı ürək tutması və ya başqa bir ciddi xəstəliyin işarəti ola bilər. Bu halda mütləq xəstəxanaya getmək lazımdır.

Bulantı, qusma və mədə ağrısı

Bəzi infarkt xəstələri xüsusi ilə də qadınlar bulantı, qusma və mədə ağrısı kimi göstəricilərlə həkimə gedirlər.

azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31