Bakıda yeni “Mall” tikilir - FOTO
2 Sentyabr 2019 14:56 SosialBakıda yeni ticarət və əyləncə mərkəzinin ("Mall") tikintisinə başlanılıb.
BAKU.WS "Marja"ya istinadla xəbər verir ki, Bakının Nizami rayonunda, Tofiq Abbasov küçəsi 5 ünvanında, keçmiş "Sevinc" (Təbriz) kinoteatrının yerində (Qara Qarayev metro stansiyası yaxınlığı) müasir ticarət və əyləncə mərkəzi tikilir.
Layihə "Təbriz Centre" MMC tərəfindən reallaşdırılır. Podratçı "Xəzər-2016 İnşaat" MMC-dir.
BAKU.WS
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

