Məhkum gizlətdiyi silahı könüllü olaraq polisə təhvil verib
Məhkum gizlətdiyi silahı könüllü olaraq polisə təhvil verib
2 Sentyabr 2019 14:47 SosialƏdliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində Respublikanın digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, xidmətin, Bakı İstintaq təcridxanasının əməliyyat aparatlarının, Daxili İşlər Nazirliyi Baş Cinayət-axtarış idarəsinin və Sabunçu rayon Polis idarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 32.4,312-1.2; 32.4,312.2; 178.2.4; 66.3 və 66.4-cü maddələri ilə təqsirli bilinərək 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Musayev Elçin İbrahim oğlu həbs edilmiəmişdən əvvəl yaşadığı ünvanda gizlətdiyi 1 ədəd "Vinçester" tipli tüfəngi və ona aid 8 ədəd gülləni könüllü olaraq təhvil vermişdir. Faktla bağlı araşdırma aparılır.