Yol qəzasında 2 qardaş öldü
Yol qəzasında 2 qardaş öldü
2 Sentyabr 2019 14:25 SosialAvqustun 31-də saat 4 radələrində Hacıqabul şəhərinin İ.Qayıbov küçəsində Şirvan şəhər sakini Anar Qanbayev idarə etdiyi "VAZ-2107" markalı avtomobili yolun kənarındakı maneəyə vurub, sonradan idarəetməni itirdiyindən nəqliyyat vasitəsi yolun kənarında dayanmış şəhər sakini İ.Həsənovun idarə etdiyi "KamAZ" markalı avtomobilə çırpılıb. Daxili İşlər Nazirliyindəın "Olaylar"a verilən məlumata görə, hadisə nəticəsində sürücü və sərnişini olan qardaşı Fəzayıl hadisə yerində ölüblər. Hacıqabul RPŞ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31