Ümid Partiyasında yeni təyinat
Ümid Partiyasında yeni təyinat
2 Sentyabr 2019 13:49 SosialÜmid Partiyasının sədri İqbal Ağazadə sentyabrın 2-də sərəncam imzalayıb. Partiyadan "OLAYLAR"-a bildirilib ki, sərəncama əsasən Sadıqova Mehriban İbrahim qızı Partiya sədrinin Humanitar Məsələlər üzrə müşaviri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Mehriban Sadıqova bir çox araşdırma və məqalələrin müəllifidir. Şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün silsilə olaraq sənədli-bədii filmlər çəkilişini həyata keçirir. Bu səpkidə çəkilmiş artıq bir neçə film Azərbaycanın müxtəlif bölgələrində nümayiş olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31