Bakıda məşhur restoran bağlanır – Açıqlama
Bakıda məşhur restoran bağlanır – Açıqlama
2 Sentyabr 2019 12:41 SosialBakının məşhur restoranlarından sayılan "Oazis" sabahdan bağlanır.
Olaylar.az unikal.org -a istinadən xəbər verir ki, "Oazis"in sahibi Hacı Mirtalıb Miroğlu artıq restoranını məşhur marketlər şəbəkəsinə satıb.
Bu gün restoranda sonuncu ad günü, toy, nişan mərasimləri baş tutacaq. Sabahdan etibarən restoran heyəti buraxılacaq və müştəri qəbulu dayandırılır.
Həftənin çərşənbə axşamı restoranın söküntüsünə başlanılacaq. Artıq bununla bağlı işlərə də start verilib.
Məsələ ilə bağlı restoranda çalışan məsul şəxslərdən biri xəbəri saytımıza təsdiqləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31